I Azərbaycan Pediatrik Revmatologiya Simpoziumu
Fevralın 1-də Bakıda I Azərbaycan Pediatrik Revmatologiya Simpoziumu keçirilib. Tədbir uşaq revmatologiyası sahəsində yenilikləri işıqlandırmaqla yanaşı, revmatoloji xəstəliklərdən əziyyət çəkən uşaqların sosial həyatına diqqət çəkməyə istiqamətlənib. Simpoziumun əsas məqsədi revmatoloji xəstəliklərdən uzun müdət əziyyət çəkən uşaqların sosial inteqrasiyasını təmin etmək, ailələrin bu mövzuda maarifləndirilməsi və tibb ictimaiyyətinin diqqətini bu problemin üzərinə çəkməkdir. Bundan əlavə, simpoziumda uşaq revmatologiyası sahəsində əsas terminologiyaların izahı və praktiki əhəmiyyəti olan müalicə yöntəmləri barədə ətraflı müzakirələr aparılıb.
Tədbir: Oxu.az
Çəkiliş tarixi: 01 fevral 2025
Şəkillərin sayı: 51