Kateqoriyalar
Sırala
İçərişəhərdə yerləşən XV əsrə aid Şirvanşahlar sarayı

İçərişəhərdə yerləşən Şirvanşahlar saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biri sayılır. XV əsrdə Şirvanşah I Xəlilullah tərəfindən tikilən kompleksə daxil olan əsas bina tikililər içərisində ən qədimidir. Tarixçilərin fikrincə, onun tikintisi 10 ilə yaxın müddət ərzində başa çatıb. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray və kompleksə daxil olan binaların yerləşdiyi ərazi müxtəlif hündürlükdə yerləşən üç həyətə bölünür. Sarayın özü isə birinci həyətdə yerləşir. Dövlət tərəfindən mühafizə olunan Şirvanşahlar sarayı – kompleksi 1964-cü ildən muzey-qoruq statusu alıb. Muzeyin eksponatları içərisində bəzək əşyaları, arxeoloji tapıntılar, saxsı qablar, müxtəlif rəsmlər, milli geyimlər və XVIII-XX əsrlərə aid məişət avadanlıqları sərgilənir. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib.

Çəkiliş tarixi: 05 fevral 2025
Şəkillərin sayı: 40
arrow-up