Kateqoriyalar
Sırala
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Media üçün davamlılıq dili" təlimi təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə imzaladığı anlaşma memorandumu çərçivəsində “Media üçün davamlılıq dili” mövzusunda təlim təşkil edib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Yaşıl Zonasında təşkil olunmuş təlimin məqsədi “Global Media Group”un dayanıqlıq sahəsində beynəlxalq platformalarda daha fəal iştirakını təmin etmək, media vasitəsilə dayanıqlı inkişafı təşviq etmək, media nümayəndələrinin davamlılıq və iqlim dəyişikliyi mövzularında daha təsirli və məlumatlandırıcı məzmun yaratmalarına dəstək olmaq, həmçinin ictimaiyyətin iqlim dəyişiklikləri, ətraf mühitin qorunması və davamlılıq məsələləri barədə daha yaxşı məlumatlanmasını təmin etməkdir.

Çəkiliş tarixi: 14 noyabr 2024
Şəkillərin sayı: 15
Fotoqraflar:
Arif Guluzade
Arif Guluzade
arrow-up