Mərdəkan qəsəbəsində yerləşən Şirvanşahlar dövrünə aid Xanbaba hamamı
Mərdəkan qəsəbəsində yerləşən bu hamam 1482-1483-cü illərdə yerli sakin Xanbaba tərəfindən tikilib. Hamamın Şirvanşahlar dövründə tikildiyi, Tuba Şahi məscidi ilə yaşıd olduğu ehtimal edilir. XIX əsrdə təmir zamanı hamamın qapıları sökülərək qapı yerləri hündürə qaldırılıb. Əvvəllər burada çimmək üçün isti su gildən düzəldilən saxsı borulardan gəlib. XIX əsrdə onlar sökülərək dəmir borularla əvəz olunub. Hamamın sağ hissəsindəki divarda sovet dönəmindən yadigar qalan ərəb, rus və kiril əlifbası ilə olan yazılar hələ də qorunub saxlanılır.
Çəkiliş tarixi: 04 dekabr 2024
Şəkillərin sayı: 28