Kateqoriyalar
Sırala
Nardaranda yerləşən Qədəmgah

Nardaran kəndindən bir qədər aralıda yerləşən Qədəmgah abidəsinin miladi təqvimlə XVIII əsrin sonlarında inşa olunduğu bildirilir. Belə ki, abidənin daş kitabəsində onun hicri tarixlə 1202-ci ildə inşa edildiyi qeyd olunub. Həmin tarixi miladi təqvimlə hesablayanda qədəmgahın 1788-ci ildə inşa olunduğu öz təsdiqini tapmış olur. Kitabədə bu tikilinin Həsən Nurderani tərəfindən inşa olunduğu bildirilir. Qədəmgah sözü ayaq basılan yer anlamına gəlir. Keçmişdə bu qədəmgahlar əsasən ticarət yollarının üzərində inşa olunduğundan karvanlar buranı namazgah kimi də istifadə ediblər. Yığcam bir məscid təsiri bağışlayan Nardaran Qədəmgahının ibadət evlərinə xas olan günbəz və mehrabı var. Tərəflərinin uzunluğu 3 metr olan ibadətgah kənddəki digər tikililərdən fərqlənir. Qədəmgahın yerləşdiyi ərazi orta əsrlərdə nardaranlıların örüş sahəsi olub. Burada qədəmgah inşa olunduqdan sonra ərazini Qədəmgah adlandırmağa başlayıblar.

Çəkiliş tarixi: 07 sentyabr 2024
Şəkillərin sayı: 16
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up