Kateqoriyalar
Sırala
"Naxçıvanqala" tarix-memarlıq muzey kompleksi

Naxçıvanqala - Naxçıvan şəhərinin cənub-şərqində arxeoloji abidədir. Elmi ədəbiyyatda Yəzdəgird qalası, xalq arasında Köhnəqala, Torpaqqala adları ilə tanınır. Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957-59-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzülərin Tunc dövründə (e.ə. 3-2-ci minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Qalanın III Sasani hökmdarı Yəzdəgirdin (632-51/52) tərəfindən inşa olunduğu ehtimal olunur.

Çəkiliş tarixi: 24 mart 2023
Şəkillərin sayı: 44
Fotoqraflar:
Ramil Yunus
Ramil Yunus
arrow-up