Kateqoriyalar
Sırala
Ronaldinyo “Dəniz Mall”da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşdü

Braziliya millisinin və “Barselona” klubunun sabiq futbolçusu Ronaldinyo Qauço “Dəniz Mall” ticarət mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi və 1 saylı Əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefesiarları ilə görüşüb, onlara hədiyyələr təqdim edib və şəkil çəkdirib.

Çəkiliş tarixi: 13 noyabr 2024
Şəkillərin sayı: 16
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up