Kateqoriyalar
Sırala

Şabran rayonunda yerləşən qədim Alban kilsəsi

Şabran rayonunun Kilvar kəndində eramızın ilk əsrlərinə aid kilsə yerləşir. Üzərində yer alan kitabəyə əsasən kilsə XIX əsrdə yerli xristian icması tərəfindən bərpa olunub. Hazırda isə tamamilə dağılma təhlükəsi ilə üz-üzədir. Tarixçilərin araşdırmalarına görə, abidə Qafqaz Albaniyasının bu ərazidə tikdirdiyi kilsələrdən biridir. O dövrdə Kilvar kəndində yaşayan xristian ailələrin ibadətgahı, eyni zamanda dini məktəb kimi fəaliyyət göstərib. Kilsə sadə, lakin dözümlü memarlıq elementləri ilə inşa edilib. Onun tikintisində yerli çay daşı və dağ daşı istifadə olunub. Divarlar nəm və küləyə məruz qaldığı üçün bir çox hissələrdə su sızması və çatlar müşahidə edilir. Dam örtüyü isə uçmuş vəziyyətdədir. 

Çəkiliş tarixi: 27 may 2025
Şəkillərin sayı: 27
Fotoqraflar:
Ajdar Ibrahimov
Ajdar Ibrahimov
arrow-up