Kateqoriyalar
Sırala
Şağan qəsəbəsində yerləşən XII-XIII əsrlərə aid Şağan qalası

Şağan qəsəbəsində yerləşən bu qala XII-XIII əsrlərdə müdafiə məqsədi ilə inşa olunub. Abşerondakı digər qalalar kimi ağ daşdan tikilən qalanın 24 metr hündürlüyündəki bir bürcü salamat qalıb. Abidənin dağılmasına əsas səbəb kimi 1841-ci ildə baş vermiş güclü zəlzələ göstərilir. Qalada 2014-cü ildə bərpa-bərkitmə işləri görülüb. Təmir işləri zamanı qalanın iki daş hasarının bünövrələri və bir neçə quyu aşkar edilib. Şağan qalası da digər qalalar kimi yeraltı yola sahibdir. Məlumata görə, qalaçanın içərisində ilk baxışda quyunu xatırladan yeraltı yol vaxtilə Mərdəkan qalalarına aparıb.

Çəkiliş tarixi: 04 fevral 2025
Şəkillərin sayı: 20
Fotoqraflar:
Ajdar Ibrahimov
Ajdar Ibrahimov
arrow-up