Dövlət Sərhəd Xidməti rəisinin müavini Araz Məmmədovun "Şəmkir" Sərhəd Dəstəsində keçirdiyi brifinq
"Şəmkir" Sərhəd Dəstəsində brifinq keçirilib. Brifinqdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov çıxış edib. Bildirilib ki, döyüş əməliyyatlarında iştirak etmiş 1843 hərbi qulluqçu təltif olunub, onlardan 719 nəfər hərbi qulluqçu ölkə başçısı tərəfindən müxtəlif xüsusi orden və medallarla təltif edilib. Həmçinin qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının Azərbaycanda keçirilən 29-cu sessiyası – COP 29-a hazırlıqla əlaqədar zəruri tədbirlər görüb və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.
Çəkiliş tarixi: 22 noyabr 2024
Şəkillərin sayı: 7