Dayanıqlı Enerji üzrə Biznes Şurasının təşkilatçılığı ilə keçirilən "Təmiz enerjinin faydalarının genişləndirilməsi: icma iştirakçılığı və gələcək nəsil işçi qüvvəsinin inkişafı" panelində təmiz enerjinin əldə edilməsi və iqlimə vurulan zərərin həlli istiqamətində həyata keçirilən zəruri fəaliyyətlər müzakirə edilib. Paneldə məruzə ilə çıxış edən "Edison International" şirkətinin prezidenti və baş direktoru Pedro Pizarro, "Southern Company" şirkətinin tədqiqat və inkişaf üzrə baş vitse-prezidentdi Mark Berri, Böyük Britaniyada fəaliyyət göstərən, bərpaolunan enerji və yaşıl texnologiyalara sərmayə qoyan "National Grid" kompaniyasının direktoru Rhian Kelli və digər şəxslər təmiz enerji və iqlim həllərinin tətbiqi yollarını dəyişdirmək üçün həm dövlət, həm də özəl sektorlar tərəfindən həyata keçirilən təcrübələr haqqında məlumat veriblər.