Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib. Sessiyalar üzrə davam edən konfransda “Paris-2024” Yay Olimpiya Oyunlarının yekunlarına nəzər salınıb, dopinqin aşkarlanmasında yenilikçi tədqiqatlar və gələcək çağırışlar, nəzarət prosesində dəqiqlik, Olimpiya antidopinq səylərində əldə olunan nailiyyətlər, antidopinqdə təhsil və elmin öncüllüyü kimi mövzular müzakirə olunub. Tədbirin məqsədi antidopinq sahəsindəki təcrübə və biliklərin artırılması, elmi araşdırmaların dəstəklənməsi, həmçinin idmançılar və idman ictimaiyyəti arasında dopinqə qarşı mübarizənin və maarifləndirmənin gücləndirilməsindən ibarətdir