Bakıda məişət tullantılarının yığılma prosesi
Bakının müxtəlif ərazilərində hər gün saat 07:00-dan başlayaraq saat 23:00-dək növbəli şəkildə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Kommunal Xidmətlər Müəssisəsi”nin işçiləri tərəfindən paytaxt ərazisindəki konteynerlərdən məişət tullantılarının yığılmasına başlanılır. Yığım prosesi başa çatdıqdan sonra məişət tullantıları Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna aparılır və burada çeşidlənir. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan xammallar ayrılır, bunun nəticəsində isə tullantıların ümumi həcmi azalır.
Çəkiliş tarixi: 09 fevral 2025
Şəkillərin sayı: 50