Kateqoriyalar
Sırala
ID 0000971

Şamaxı Astrofizika Rəsədxanası

Dəniz səviyyəsindən 1500 m yüksəkdə yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasının Şamaxıda tikilməsi heç də təsadüfi deyil. Hələ 1927-ci ildə Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün daimi fəaliyyət göstərən ekspedisiya yaradılıb. Ekspedisiya Kəlbəcər, Laçın, Şamaxı, Xızı və digər bölgələrdə rəsədxana yaradılması üçün əlverişli coğrafi yer seçməli idi. Aparılan tədqiqatlar nəticəsində Şamaxının Pirqulu ərazisi bu istiqamətdə elmi mərkəzin yaradılması üçün ən əlverişli yer müəyyən olunur. Çünki burada müşahidə üçün aydın gecələrin sayı il ərzində 190–200-ə çatır. Beləcə, 1959-cu ildə həmin ərazidə rəsədxananın tikilməsinə qərar verilir. Şamaxı Astrofizika Rəsədxanasının təchizatında 1966-cı ilin sentyabrında istifadəyə verilən ikimetrlik teleskop xüsusi əhəmiyyət kəsb edir. Hazırda astrofizika sahəsində tədqiqatların aparılması ilə yanaşı, ilin müxtəlif dövrlərində rəsədxanaya astronomik ekspedisiyalar təşkil olunur və səmanın sirli möcüzələrini müşahidə etmək imkanı yaranır.

Digər fotolar
arrow-up