Kateqoriyalar
Sırala
ID 0060237

Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin ev-muzeyi

Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin xatirə muzeyi 1965-ci ildə yaradılmışdır. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərindən biridir. Muzey Dilarə Əliyeva küçəsi 157-də yerləşir. Muzeyin fondunda rəssamın 2000 eksponatı qorunub saxlanılır. Ə.Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda (karikatura, portret, ornament, mənzərə) çəkdiyi əsərlər nümayiş etdirilir.

Digər fotolar
arrow-up