Kateqoriyalar
Sırala
ID 0070353

Estetikası ilə göz oxşayan ebru sənəti və ebru ustası Sevinc Əliyeva

Ebru sənəti - su üzərində rəsm çəkmə sənətidir. Boya suyun üzərinə fırça ilə damcı-damcı tökülür, sənətkar biz aleti ilə bu damcıları müxtəlif formalara salır və sonda rəngarəng rəsm əsəri yaradır. Tarixən 8-9 cu əsrlərdə Buxara şəhərində yaranmış bu sənət sonralar Osmanlı mədəniyyətinin də bir parçasına çevrilmişdir. Günümüzə çatan ən qədim ebru nümunəsi (1447-ci il) İstanbulda Topqapı sarayında saxlanılır.

Teqlər
Digər fotolar
arrow-up