Kateqoriyalar
Sırala
ID 0088360

Cəfər Cabbarlının özünə və ailəsinə aid şəxsi əşyaların nümayiş etdirildiyi Teatr Muzeyi

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934 – cü ildə yaradılıb. 1935- ci ildə görkəmli dramaturq Cəfər Cabbarlının vaxtsız vəfatından sonra onun milli teatr sənətimizin  inkişafındakı xidmətləri qiymətləndirilərək muzeyə adı verilib. Bu gün Teatr Muzeyinin  fondunda 140.000 – dən artıq eksponat qorunur. Bunlar milli teatrın yaranma tarixini, inkişaf yollarını, teatr korifeylərimizin həyat və yaradıcılığını özündə əks etdirən nadir əlyazmalardan, memorial əşyalardan, tamaşaların fotolarından, proqram və afişalardan, geyim və dekorasiya eskizlərindən, səhnə tərtibatlarının maketlərindən, aktyorların səhnə geyimlərindən və sairdən ibarətdir. Fondda qorunan materialların böyük əksəriyyəti orijinaldır. Bu eksponatlar teatr tariximizlə bağlı yeni tədqiqatlar üçün də əvəzedilməz xəzinədir. Muzeyin Cəfər Cabbarlı zalında dramaturqun yaradıcılığına dair sənədlər və şəxsi əşyaları sərgilənir. 

Digər fotolar
arrow-up