Kateqoriyalar
Sırala
ID 0091122

Nuru Paşanın Qobu kəndində gecələdiyi ev

Azərbaycanda müstəqil dövlətin qurulmasında müstəsna xidmətləri olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adı hər zaman Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı çəkilir. 1918-ci ilin avqustunda Qafqaz İslam Ordusu Bakıya daxil olarkən Nura Paşa Abşeron rayonunun Qobu kəndində qərargah qurub. Bakının xilas edilməsi üçün Paşa özünə qərargah kimi kənd sakini Kərbəlayi Qasımın evini seçib. Qobu kəndi dəniz səviyyəsindən yüksəkdə yerləşir. Onun qərargah qurduğu bu ev strateji cəhətdən çox əlverişlidir. Çünki bura kəndin ən hündür, iki mərtəbəli evi olub və buradan Bakının hər yeri görünüb. Paşa evin ikinci mərtəbəsindəki eyvandan ingilislərə nəzarət edərək onların paroxodlarının dəniz yolu ilə getməsinə, Bakının təmizlənməsinə şahidlik edib. Paşa tam təmizlənmə bitdikdən sonra Bakıya və digər rayonlara daxil olub. Qeyd edək ki, Qobuda ermənilər olmadığı üçün Paşa bu kəndi seçib.

Digər fotolar
arrow-up