Kateqoriyalar
Sırala
ID 0092103

Yarımadadan adaya çevrilən Kürdili adası

El dili ilə Kurkosa, Kurkas, Kurkasan kimi adlanan bu ada Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir. Kürün deltasında yerləşən ada gətirmə suxurların mənsəbə yığılması nəticəsində yaranıb. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşən ada sahəsinə görə Azərbaycanın ən böyük adasıdır. 1981-ci ildə Xəzərdə suyun qalxması nəticəsində Neftçala və Lənkəran ərazisindən adaya çəkilən torpaq yollar dağılır və quru ilə əlaqə kəsilir. Adanın sahəsi 43 kv km dən 25.5 kmdək kiçilir. Xəzərin qalxıb-enməsi səbəbindən ada ilə quru arasında məsafənin dəyişkən olduğu qeyd edilir.

Digər fotolar
arrow-up