Kateqoriyalar
Sırala
ID 0100698

Bakı Gəmiqayırma Zavodunda 2025-ci ildə eyni zamanda 10 gəminin tikintisi aparılacaq

Bakı Gəmiqayırma Zavodunun açılışı 20 sentyabr 2013-cü ildə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Zavodun illik istehsal gücü - eyni zamanda 4 ədəd 15 min ton yükgötürmə qabiliyyətinə malik tanker və əlavə olaraq 4 ədəd təchizat və ya digər təyinatlı gəmilər təşkil edə bilər. Lakin nəzərə alsaq ki, zavod hazırda 14 gəminin inşasına dair müqavilələr imzalayıb və bu gəmilərin inşası 2027-ci ilədək bitməlidir, 2025-ci ildə eyni zamanda 10 gəminin inşası aparılacaq. Bunlar 2023-2024-cü illərdən inşasına başlanan 4 tanker, 1 bərə, 1 dibdərinləşdirən gəmi və 2025-ci ildə tikintisinə start veriləcək 3 sərnişin daşıyan gəmi və Fövqəladə Hallar Nazirliyi üçün nəzərdə tutulan yanğınsöndürən gəmi olacaq. 2026-ci ildə isə 3 ədəd dalğıc gəmilərinin tikintisi başlayacaq. Hazırda zavodda 1240 nəfər işçi çalışır və növbəti illərdə işçi sayının iki dəfə artacağı gözlənilir. Əsasən qaynaqçı, quraşdırıcı, elektrik, rəngsaz, taxtabəndçi və ixtisaslı mühəndislərə tələb olacaq. Əlavə olaraq, zavod ildə 80-nə yaxın müxtəlif tip gəminin təmirini həyata keçirə bilər. İstismara verildiyi ildən zavodda 11 gəmi, 1 ədəd üzən tərsanə və 1 ədəd yarımdalma qazma qurğusu inşa edilib və 170-dən çox gəmi təmiri layihələri tamamlanıb.

Digər fotolar
arrow-up