Kateqoriyalar
Sırala
ID 0101948

20 Yanvarda üzərindən tank keçən maşından xilas olan şahid Nazim Ələkbərov

Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarını işğal etməsinə qarşı Bakı meydanlarında toplaşanlardan biri də Nazim Ələkbərov idi. 20 Yanvar şahidi o tarixdə hamı kimi xalq hərəkatı üçün çalışır, iştirakçılara yemək, odun daşıyırdı. O, faciənin ilk saatlarında maşınına odun yükləyərək məhəlləsindəki bəzi gənclərlə mitinq meydanına gedərkən yolda rus tankları ilə qarşılaşıb. Yanlarından keçən tanklardan birinin qəfildən dayandığını və üzərlərinə doğru hərəkət etdiyini dilə gətirən Nazim Ələkbərov yanvarın 19-dan 20-ə keçən gecədə yaşadığı dəhşətləri danışıb.

Müsahibə: YouTube.com

Digər fotolar
arrow-up