Kateqoriyalar
Sırala
ID 0107419

Yenidən qurulan Kəlbəcər şəhəri

Yenidən qurulan Kəlbəcər şəhərinə dağların fonunda ucalan binalar, supermarket, eləcə də digər tikililər yeni həyat bəxş edib. Birinci mərhələdə inşa edilən 6 ədəd binada hazırda tamamlama işləri görülür. Beşmərtəbəli binalar 2, 3 və 4 otaqlardan ibarətdir. Hər binanın arxasında “tanhaus” tipli ikimərtəbəli yaşayış binası da tikilib. Bu kompleks 1,76 hektar ərazidə layihələndirilib. İkinci yaşayış kompleksi şəhərin baş planına əsasən çoxfunksiyalı zonada yerləşir. Kompleksdə 3 və 5 mərtəbəli 8 yaşayış binasının inşası nəzərdə tutulur. Burada ümumilikdə 160 ailənin yaşaması planlaşdırılır. Hazırda ikinci yaşayış kompleksində beton işləri yekunlaşmaq üzrədir. Bundan sonra binaların bəzək işlərinə başlanılacaq. Bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.

Digər fotolar
arrow-up