Kateqoriyalar
Sırala
ID 0109145

“Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı: İmkanlar və Perspektivlər” mövzusunda keçirilən tədbir

Aprelin 24-də “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı: İmkanlar və Perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Şahmar Hacıyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov və digər rəsmilər iştirak edib. Tədbir çərçivəsində bildirilib ki, Azərbaycan son illər bir sıra beynəlxalq təşkilatlarla iş aparır, bununla yanaşı, Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi və Tədqiqat Mərkəzi yaradılacaq, həmin mərkəzlərin yaradılması istiqamətində son tamamlanma işləri görülür. Tədbirdə həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünün Xankəndidə keçiriləcəyi barədə də məlumat verilib.

Digər fotolar
icon
arrow-up