Kateqoriyalar
Sırala
ID 0110754

“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi

Mayın 13-də ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqə Elm və Təhsil Nazirliyinin, Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə Milli Məclisin sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış ediblər. Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Səhnəyə dəvət olunan 35 qalibə diplomlar, hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Teqlər
Digər fotolar
arrow-up