Kateqoriyalar
Sırala
ID 0112959

"Təbii fəlakətlər, ekoloji problemlər, yaşıl dünya" mövzusunda keçirilən konfrans

Mayın 4-də "Təbii fəlakətlər, ekoloji problemlər, yaşıl dünya" mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli çıxış edib. O bildirib ki, ölkədə seysmik stansiyaların sayı 88-ə çatdırılıb, hər bir stansiyada kompleks tədqiqatlar aparılır. Qurban Yetirmişlinin sözlərinə görə, 2025-ci ildə Xəzər dənizində maqnitudası 3-dən yuxarı olan zəlzələlər təhlil olunub. O bildirib ki, Xəzər dənizində zəlzələlər daha çox cənub-şərqdə baş verir və neft yataqlarının yerləşdiyi ərazilərdə daha çox zəlzələ olur. Ən dərin zəlzələlər 60-70 kilometr dərinlikdə qeydə alınır. Konfransda həmçinin Respublika Seysmoloji Xidmət Mərkəzinin texnika üzrə fəlsəfə doktoru Rauf Muradov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Arzu Cavadova, Respublika Seysmoloji Xidmət Mərkəzinin fəlsəfə doktoru Səbinə Kazımova iştirak edib.

Teqlər
Digər fotolar
arrow-up