BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası
Mayın 5-də Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası keçirilib. Tədbirdə 40-a yaxın ölkədən 150-dən çox nümayəndə iştirak edib. İclas Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin salamlama nitqi ilə başlayıb. O qeyd edib ki, Azərbaycan BMT Turizmin Avropa üzrə Regional Komissiyasının üzvlüyünə namizədliyini irəli sürəcək. Onun sözlərinə görə, Azərbaycan 2001-ci ildən BMT Turizmin Avropa üzrə Regional Komissiyasının üzvü olaraq öz işini davam etdirir.
Digər fotolar
