Kateqoriyalar
Sırala
ID 0131502

4 dekabr - Beynəlxalq Banklar Günü

4 dekabr Beynəlxalq Banklar Günü 2019-cu ildə BMT Baş Məclisi tərəfindən dünyada bankların iqtisadiyyatın inkişafına verdiyi töhfəni qeyd etmək üçün təsis olunub. Bu gün bankların iqtisadi sabitlik, inkişaf, maliyyə daxilolması və qlobal ticarətin dəstəklənməsindəki əvəzolunmaz rolunu vurğulayır. Bankçılığın tarixi min illər əvvəl Mesopotamiyada məbədlərin əmanətləri qoruyub borc verməsi ilə başlayıb, orta əsrlərdə Florensiya və Venesiya kimi şəhərlərdə müasir bankların ilk sələfləri yaradılıb. Azərbaycanda isə 1914-cü ildə neft milyonçuları Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev 3 milyon rubl məbləğində əsas kapitalı olan "Bakı Tacir Bankı"nı açıblar. Azərbaycan müstəqilliyini elan etdikdən sonra, 1919-cu ildə Azərbaycan Dövlət Bankı fəaliyyətə başlayıb. 1992-ci il 11 fevral tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" fərman ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılıb. 

Digər fotolar
arrow-up