Kateqoriyalar
Sırala
ID 0006727

Xəzər dənizində yerləşən tarixi və strateji Çilov adası

Çilov adası Xəzər dənizinin mavi sularında, Abşeron yarmadasından 25 kilometr şərqdə, Bakıdan isə təxminən 100 kilometr uzaqlıqda yerləşir. Cəmi 11,5 kvadrat kilometr ərazisi olan bu ada əsrlər boyu həm səyyahların, həm hərbçilərin, həm də dənizçilərin diqqət mərkəzində olub. Adanın tarixə düşən ilk adı rus hidroqrafı Soymonovun 1763-cü ildə yazdığı sətirlərdə keçir. O qeyd edirdi: “Körfəzin sonunda Jiloy adası var. Orada yaşayış əlaməti yoxdur. Bununla belə Stepan Razin bir müddət burada yerləşib”. 1781-ci ildə Xəzərə təşkil olunan ekspedisiya zamanı rus admiralı Marko Voynoviç də adaya ayaq basır. Bu kiçik torpaq parçası onun xəritələrində də öz əksini tapıb. XX əsrə gəldikdə isə Çilov adasının əhəmiyyəti daha da artır. 1950-ci illərdə burada hava hücumundan müdafiə hissəsi fəaliyyət göstərib. Hazırda burada əsas yaşayış məskəni adanın şərq hissəsində olan Çilov qəsəbəsidir. Adaya gəmi ilə bir neçə saatda, yalnız xüsusi icazə ilə getmək mümkündür. Təmiz və şəffaf dənizi ilə seçilən Çilov adası kiçik, amma tarixlə dolu təbiət möcüzəsidir.

Digər fotolar
arrow-up