Kateqoriyalar
Sırala
ID 0006872

Bakı Toxuculuq Fabriki

Qafqazın ilk toxuculuq fabriki olan Bakı Toxuculuq Fabrikinin tikintisinə 1897-ci ildə neft sənayeçisi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən başlanıb, 1900-cü ildə isə bina istismara verilib. Memarı polyak Qoslavski olan binanın tikintisi Tağıyevə 6 milyon rubla başa gəlib. Zığda yerləşən bu fabrik Qafqazda ən böyük, Rusiya imperiyasında isə ən iri fabriklərdən biri idi. Tağıyev fabrikin ərazisində işçilər üçün hər cür şərait yaratmışdı. O, əvvəlcə 24 hektar ərazidə tikilən fabriki sonradan genişləndirərək məktəb, tibb müəssisəsi, hamam, dükanlar, gözətçi otaqları üçün binalar tikir. 1909-cu ilə qədər fabrikin sahəsi 44 hektara çatır. Həmin illərdə fabrikdə işləyən işçilərin sayı min nəfəri keçir. Onların təxminən 150-i qadın idi. İndi baxımsız vəziyyətdə olan bu fabrikin ərazisində əməkçi insanların izləri hələ də qalır.

Digər fotolar
arrow-up