Kateqoriyalar
Sırala
ID 0008294

Tullantı poliqonuna çevrilən 70 yaşlı “Kərpic zavod”

70 illik tarixi olan, indi isə səssizliyin hökm sürdüyü “Kərpic zavod”…Söhbət bir zamanlar Suraxanı rayonunun Günəşli qəsəbəsində fəaliyyət göstərən “Kərpic zavod”dan gedir. Bu zavod Bakının tikinti materiallarına olan tələbatını qarşılamaq üçün inşa edilib. 1952-ci ildən etibarən işə başlayan müəssisə uzun illər paytaxtın yaşayış binalarının və sənaye obyektlərinin tikintisində mühüm rol oynayıb. Zavodda vaxtilə xeyli sayda insan çalışır, minlərlə kərpic istehsal olunaraq ölkənin dörd bir yanına daşınırdı. 2000-ci ildən etibarən müəssisə özəlləşdirilsə də bir neçə il sonra istehsal tamamilə dayandı. Aradan keçən illər isə zavodu tanınmaz hala saldı. İndi bu ərazi tullantı poliqonu kimi tanınır. Dağılan binalar, paslanmış dəmir konstruksiyalar və ətrafı bürüyən tullantılar 70 yaşlı zavodu tamamilə yararsız hala salıb.

Teqlər
Digər fotolar
arrow-up