Kateqoriyalar
Sırala
ID 0011493

Çinin Çendu şəhərindən "Orta Dəhliz" vasitəsi ilə Avropaya göndərilən ilk blok qatar Bakı Limanından yola salınıb

İki dəniz aşaraq Avropaya gedəcək qatar 49 konteynerdən ibarətdir. Qazaxıstanın Aktau limanından Bakıya operatoru “ADY Konteyner” MMC olan “Beket Ata” gəmisi ilə gətirilən konteynerlərin, Bakı Limanının peşəkar komandası tərəfindən operativ şəkildə gəmidən boşaldılaraq platformalara yüklənməsi əməliyyatı icra edilib. Son təyinat nöqtəsi Avropanın müxtəlif şəhərləri olan bu 40 futluq konteynerlər, platforma üzərində Gürcüstanın Batumi limanına yola salınıb. Daha sonra isə konteynerlər fider gəmisi vasitəsilə Batumi limanından Rumıniyanın Konstanta limanına, oradan isə qatarla Avropanın müxtəlif şəhərlərinə göndəriləcək.

Reportaj: Oxu.az

Digər fotolar
icon
arrow-up