Kateqoriyalar
Sırala
ID 0023627

Valideyn olmaq istəyənlərin ziyarət etdiyi Sofi Həmid türbəsi

Valideyn olmaq istəyən ailələrin üz tutduğu Sofi Həmid piri, bu məqsədlə ən çox ziyarət olunan yerlərdən biridir. Pir Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Miəcik ərazisində yerləşir. Ətrafında yaşayış yeri olmayan, gözdən-könüldən uzaq yerdə qərarlaşan bu müqəddəs yerin özəlliyi Sofi Həmid adlı şəxsin dəfn olunduğu türbə və türbənin həyətindəki ağ dəvə heykəli ilə bağlıdır. Pirin qapısından daxil olan kimi nəzərə çarpan bu heykəl ziyarətgahın əsas simvolu hesab olunur. Sofi Həmid ziyarətgahının digər özəlliyi həm də ondan ibarətdir ki, pirin müqəddəsliyinə inam gətirənlər, əsasən valideyn olmağı arzulayan ailələrdir. İnanca görə, dəvənin altından keçən insanlar yaxın zamanda övlad sahibi ola bilirlər. Ziyarətgaha inananların və gələnlərin sayı onu deməyə əsas verir ki, bu pir xalqın adət-ənənəsində önəmli yerə sahibdir.

Digər fotolar
arrow-up