Altı əsr yaşı olan abidə - “Minəcik” karvansarayı
XV əsrdə tikilən Qaradağ rayonu ərazisində yerləşən “Minəcik” adı ilə tanınan karvansaray baxımsız vəziyyətdədir. Bu tikili Qaradağ rayonunda, daha dəqiq Sanqaçal və Əzimkənd yaxınlığında Minəcik deyilən ərazidə yerləşdiyi üçün “Minəcik” karvansarayı adlandırılıb. XIX əsrdən bu karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq karvansaray istifadəsiz qalıb. Bu tikili Şirvan-Abşeron memarlıq məktəbinə aiddir.
Digər fotolar