Kateqoriyalar
Sırala
ID 0024425

Qız Qalası qırmızı rənglə işıqlandırıldı

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir. Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların qırmızı rəngə boyanması aksiyası keçirilir. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkilir və onlarla həmrəylik nümayiş olunur.

Digər fotolar
arrow-up