Kateqoriyalar
Sırala
ID 0034007

Məhəmmədi kəndində yerləşən "Qurd yuvası" mağarası

Abşeronun Məhəmmədi kəndi insanı heyrətləndirən abidələrlə zəngindir. Bunlardan biri də "Yanardağ"ın ən yüksək zirvəsində yerləşən "Qurd yuvası" adlanan mağaradır. Qədim yaşayış məskəni olan bu yerə "qurd qapısı" və ya "qurd keçidi" də deyirlər. Yerli əhalinin sözlərinə görə, keçmişdə bu mağarada canavarlar məskən saldığından buraya "qurd yuvası" adı verilib. Amma mağaranın içində olan naxışlar ərazidə nə vaxtsa insanların da yaşadığını istisna etmir. Mütəxəssislərin ilkin rəyinə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək mümkündür. Geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin zəngin faunaya malik olmasını göstərir. 

Digər fotolar
arrow-up