Zuğulba qəsəbəsində taleyin ümidinə qalan "Gənclik" sanatoriyası
Zuğulba qəsəbəsində yerləşən və bir vaxtlar bakılıların sevimli yay istirahət məkanına çevrilmiş “Gənclik” sanatoriyası illər əvvəl həm yerli sakinlərin, həm də SSRİ-nin müxtəlif bölgələrindən gələn turistlərin ən çox üz tutduğu yerlərdən biri idi. Yay mövsümündə burada boş yer tapmaq demək olar ki, mümkün olmurdu. Hazırda isə ərazi tanınmaz hala düşüb. 1990-cı illərdən sonra “Gənclik” tədricən baxımsız qalıb və zaman keçdikcə yararsız vəziyyətə düşüb. Bu gün sanatoriyanın ərazisi xarabalığı xatırladır. Divarlar uçub, pəncərələr sınıb, bir vaxtlar dolub-daşan otaqlar isə dağıdılmış vəziyyətdədir. Şam ağaclarının əhatəsində, dəniz kənarında yerləşən bu tarixi məkanın divarlarında hələ də keçmiş xatirələrin izləri qalır.
Digər fotolar
