Kateqoriyalar
Sırala
ID 0048389

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi

"DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Müşahidə Şurasının 2021-ci il 5 oktyabr tarixli 3 nömrəli Qərarı ilə yaradılmışdır. Mərkəzin yaradılmasında məqsəd şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin Mərkəzdə müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

Reportaj: Kaspi.az

Digər fotolar
arrow-up