Kateqoriyalar
Sırala
ID 0051058

AzTV-nin “Qızıl fond”u

Bura Azərbaycan Televiziyasının Arxiv şöbəsi və “Qızıl fond”dur. Arxiv şöbəsində materiallar 1956-cı ildən (Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin yarandığı vaxtdan) saxlanılır. “Qızıl fond”da 52 mindən yuxarı kaset saxlanılır. Bir kasetdə bir neçə veriliş olur. Bu, onların xronometrajından asılıdır. Otağın temperaturu fəsildən asılı olmayaraq, 19 dərəcəni aşmır. Bura qətiyyən gün işığı düşmür və ayda bir neçə dəfə rütubət ölçülür. Otağa yalnız xüsusi buraxılışı olan əməkdaşların girişinə icazə verilir.

Reportaj: Oxu.az

Digər fotolar
arrow-up