Stend atıcılığı üzrə Azərbaycan Kuboku
Bakı Atıcılıq Mərkəzində dörd gün davam edəcək turnir stend atıcılığının səngər və dairəvi növlərində – kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçirilir. Yarışda ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 50 idmançı iştirak edir. Turnirdən öncə açılış mərasimi baş tutub. Açılış mərasimində Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidentləri – Zemfira Meftahətdinova, Tofiq Bəylərov və qurumun baş katibi Emin Cəfərov çıxış edib.
Reportaj: Oxu.az
Digər fotolar