Kateqoriyalar
Sırala
ID 0059782

Bakının Kürdəxanı kəndində yerləşən Yamin qalası

Bakının Kürdəxanı kəndində diqqət çəkən, qəribə bir qala mövcuddur. Bu qalanın qəribəliyi sadəcə görünüşündə deyil, eyni zamanda inşa edilmə tarixindədir. Yamin qalası digər qalalar kimi müdafiə xarakterli, yaxud ideoloji prinsiplərlə inşa edilməyib. Bu qəribə tikilini ötən əsrin 60-70-ci illərində Kürdəxanı kəndində yaşamış, hünərli, cəsarətli və qeyri-adi gücə malik olan Yamin Murtuzaoğlu tikib. Kənd sakinlərinin sözlərinə görə, Yamin qalanı tikmək üçün tərk edilmiş yerlərdən topladığı daşları kisələrə yığaraq bu əraziyə gətirib və öz əlləri ilə tikib. Bəzi məlumatlara görə, o, qalanı öz nakam sevgisinə həsr edib. Yamin vəfat etdikdən sonra kənd sakinləri bu tikilini Yamin qala olaraq adlandırıblar.

Digər fotolar
arrow-up