Kateqoriyalar
Sırala
ID 0060368

Binəqədidə yerləşən 200 min illik fauna və flora qəbiristanlığı

Binəqədidə yerləşən və hər kəsin "Qır gölü" kimi tanıdığı “Binəqədi IV dövr fauna və flora təbiət abidəsi” nəinki Azərbaycanın, hətta bütün dünyanın ən zəngin və nadir tapıntılarından biri hesab olunur. Təxminən 200 min il yaşı olan fauna və flora qəbiristanlığı Abşeron yarımadasının mərkəzində, Binəqədi qəsəbəsindən 1 km cənub-şərqdə 1938-ci ildə  bitum yataqlarında Azərbaycan geoloqu Ə.S.Mustafazadə tərəfindən qazıntılar zamanı aşkar edilib. Bitki növlərinin zənginliyi və su ilə əlaqədar olan həşəratların çoxluğu burada şirin su olmasına sübutdur. Sonralar neftli laylarda gedən dəyişikliklər nəticəsində neft yerin üzərinə çıxaraq şirin su gölünə axıb. Nəticədə gölün dibində qalan qatı neft təbəqəsi tələyə çevrilib və buraya su içməyə gələn kərgədan, ibtidai öküz, nəhəng maral kimi güclü heyvanlar belə batıb qalıb. Burada 300-ə yaxın heyvan və 22 növ bitki qalıqları aşkarlanıb. Aşkar olunmuş növlərdən 20-si nəsli kəsilmiş heyvanlardır. 1938-ci ildə tapılmış kərgədan sümüyü dünya palentologiya elmində “Binəqədi kərgədanı” adı ilə məşhurdur. Həmin ərazidən tapılmış qalıqlar hazırda Bakıda yerləşən Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyində saxlanılır.

Digər fotolar
arrow-up