Kateqoriyalar
Sırala
ID 0063118

“Bibiheybət” Gəmi Təmiri Zavodunun yaxınlığındakı "gəmi qəbiristanlığı"

“Bibiheybət” Gəmi Təmiri Zavodunun yaxınlığındakı "gəmi qəbiristanlığı"na istismar müddəti başa çatan gəmilər gətirilir. Bu gəmilər vaxtilə geoloji kəşfiyyat işlərinə cəlb olunaraq Xəzər dənizində neft-qazla bağlı mühüm layihələrin təminatında iştirak edib. 20-dən çox yararsız gəminin olduğu ərazi Sovet dövründə Xəzər dənizində neft hasilatı ilə bağlı texniki yeniliklərin sınaq meydançası olub. İstifadəyə yararsız olan gəmilərin bəzilərinin sadəcə qalıqları qalıb, bəzilərinin isə yararlı hissələri çıxarılaraq gəmilərin təmiri zamanı istifadə olunub. Hazırda balıqçıların məkanına çevrilən bu ərazidəki gəmilərin aqibəti metal qəbulu məntəqələrinə təhvil verilməklə sona çatır.

Teqlər
Digər fotolar
arrow-up