Kateqoriyalar
Sırala
ID 0064447

Məşhur xeyriyyəçi Teymur bəy Aşurbəyovun sifarişi ilə tikilmiş freskalı ev

Bakı milyonçularından Teymur bəy Aşurbəyovun oğlu üçün inşa etdirdiyi malikanə paytaxtın ən gözəl memarlıq nümunələrindən biri sayılır. Hazırda Qoqol küçəsi 28 ünvanında yerləşən imarətin çox maraqlı tikiliş tarixçəsi var. Teymur bəy iş məqsədi ilə tez-tez Tiflisə gedirdi. Növbəti belə səfərlərinin birində Aşurbəyov tiflisli xalça və əntiq əşyaların satışı ilə məşğul olan Sultanovlar ailəsinin qızı İsmət xanımı görür. Teymur bəy qızı çox bəyənir və onu oğlu Bala bəy üçün istəyir. Bakıya geri dönən Teymur bəy oğlunu Tiflisə oxumağa göndərir və Bala bəy də burada İsmət xanımla tanış olur. Teymur bəy 1904-cü ildə oğlu Tiflisdə təhsilini tamamlayanadək gələcək gəlini üçün sözügedən malikanəni inşa etdirir. O dövrün bir çox binaları kimi bu imarətin də layihəsi memar, mühəndis İosif Vikentyeviç Qoslavskiyə məxsus idi. Binanın hər mərtəbəsində bir neçə otaqdan ibarət mənzillər var idi. İkinci mərtəbədə 12 otaqlı mənzildə Bala bəy və İsmət xanım yaşayırdılar. Onların qızı məşhur azərbaycanlı tarixçi Sara xanım Aşurbəyova məhz bu evdə dünyaya göz açıb. Hazırda paytaxın mərkəzində gözoxşayan tarixi bina yerli əhəmiyyətli abidələr siyahısındadır.
 

Teqlər
Digər fotolar
arrow-up