Kateqoriyalar
Sırala
ID 0065324

Kəramətinə 100 il inanılan “Ceyran baba” piri

“Ceyran baba” piri üç dəfə yenidən qurulub və genişləndirilib. Hazırda ziyarətgah bir otaqdan ibarətdir. Bu otağın yanında quyu qazılıb. Yanına ağaclar əkilib. Ətrafında bağ saxlanılıb. Otağın içərisində “Ceyran baba” deyilən sarı daş saxlanılır. Bir neçə il bundan əvvəl həmin sarı daş yoxa çıxıb. Sonradan bir qadının sifarişi ilə yerdə qəbir daşı düzəldilib. Qəbir daşının üstündə Ceyran baba yazılıb. Altı il sonra sarı daş tapılıb. Kimsə onu gətirib, ziyarətgah təhvil verib. Hazırda sarı daş ilə yanaşı ziyarətgahda qara daş da saxlanılır. Qara daşa ağrı daşı deyilir. İnanırlar ki, həmin daş ağrıları azaldır.

Digər fotolar
arrow-up