Kateqoriyalar
Sırala
ID 0068634

Ermənilər tərəfindən işgəncələrə məruz qalmış azərbaycanlı bacı-qardaş

Elşad Ağayev: "Fevral ayının 25-dən 26-na keçən gecə, saat 11 radələrində artıq hər yerdən ağır artilleriya ilə atəşə tutdular Xocalını. Qonşumuzun üstü betonla örtülü olan tövləsinə girdik. Mən isə həyətdə idim. Birdən bir qadının qaça-qaça mənə tərəf gəldiyini gördüm. Qadın fəryad edərək qışqırdı ki, niyə dayanmısınız, digər qadınlar hanı, qonşu kənddə Axıska türklərini öldürdülər, indi bizim kəndə gəlirlər. Hamımız tez çıxıb üzü Ağdam istiqamətinə tərəf, meşəliyə doğru qaçdıq. Hər yer dizə qədər qar idi, yollar isə sürüşkən. Meşəlik ərazidə isə qar daha çox idi, sinəmizə qədər qalxmışdı. Qarqar çayına qədər gəldik. Nənəm çayı keçə bilmədi deyə onu çiynimə alıb keçirdim, uşaqların da keçməsinə köməklik etdim".

Müsahibə: Oxu.az

Teqlər
Digər fotolar
arrow-up