Kateqoriyalar
Sırala
ID 0070258

AVRO-2024: Azərbaycan İsveçə qarşı

16.11.2023, Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu, AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan - İsveç oyunu. Oyundan əvvəl Azərbaycan millisinin sabiq üzvlərinə təşəkkür plaketi təqdim olub. Peşəkar karyeralarını 2023-cü ildə sonlandırmış Əfran İsmayılov, Rauf Əliyev, Ruslan Abışov, Elvin Məmmədov, hazırda II Liqada “Şahdağ Qusar”da forma geyinən Rahid Əmirquliyev və yığmada çıxışını başa vurmuş Riçard Almeydaya plaketlə yanaşı, Azərbaycan millisinin forması verilib. Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, gənclər və idman naziri Fərid Qayıbov iştirak ediblər.

Digər fotolar
arrow-up