Kateqoriyalar
Sırala
ID 0071867

H.Z.Tağıyevin 20-ci əsrin əvvəllərində tikdirdiyi xəstəxana binası

Hacı Zeynalabdin Tağıyev vaxtilə sənaye obyektlərinin yerləşdiyi 19 hektarlıq ərazidə bir xəstəxana da tikdirmişdi. Hazırda Xətai rayonu ərazisində yerləşən, XX əsrin əvvəllərinə aid bu xəstəxana Tağıyevin Toxuculuq Kombinatı ilə yanaşı tikdirdiyi müəssisələrdən biri idi. Milyonçunun göstərişi ilə ərazidə məktəb, un dəyirmanı və xeyriyyə məqsədli digər müəssisələr də fəaliyyət göstərirdi. Zaman keçdikcə isə bina fəaliyyətini dayandıraraq baxımsız vəziyyətə düşüb. İndi divarlarda “xəstələrin qəbul otağı”, “mətbəx” kimi məlumat lövhələri, otaqlarda isə illərin tozuna bürünmüş xəstəxana ləvazimatları qalıb. Bina Tağıyevin dövründə qurulan sosial layihələrin canlı nümunəsi kimi bu gün də tarixin bir parçası olaraq qalır.

Digər fotolar
arrow-up