Kateqoriyalar
Sırala
ID 0078761

Metronun “Gənclik” stansiyası yaxınlığında yaradılmış nəqliyyat mübadilə mərkəzi

“Gənclik” metro stansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb. “Gənclik Mall” və Tofiq Bəhramov adına Respublika Stadionun qarşısında müvafiq nəqliyyat infrastrukturu yaradılıb. Müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri quraşdırılıb, işıq dirəkləri yeniləri ilə əvəzlənib, yeni yol salınıb, yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub.

Digər fotolar
arrow-up