Kateqoriyalar
Sırala
ID 0079743

Xalq artisti Naibə Allahverdiyeva

Naibə Allahverdiyeva: "Mən Gürcüstanda yaşadığım üçün Azərbaycan kinosundan, teatrından o qədər də xəbərdar deyildim. Düzdür, o vaxt kinoteatrlara filmlər gəlirdi, amma o qədər də xəbərdar deyildim, nə yalan deyim. Gürcüstanda o qədər də təbliğ olunmurdu Azərbaycan kinosu və ya teatrı. Bir dəfə “Nəsimi” filminə baxdım və çox xoşum gəldi həm kinodan, həm Rasim Balayevdən. Ürəyimdən keçdi ki, inşallah, mən də böyüyərəm, aktrisa olaram, Rasim Balayevlə birlikdə çəkilərəm. Çox qəribə hiss var idi içimdə. Sonra gəldim buraya, oxudum, aktrisa oldum".

Müsahibə: Oxu.az

Digər fotolar
arrow-up