Kateqoriyalar
Sırala
ID 0080285

Təbiət Tarixi Muzeyi

Yüz minlərlə eksponatın qorunub saxlanıldığı Təbiət Tarixi Muzeyi öz qeyri-adiliyi ilə digər muzeylərdən seçilir. Buna səbəb bu tip muzeylərin dünyada çox az sayda olmasıdır. Muzey geologiya və biologiya şöbələrindən ibarətdir. Geologiya şöbəsində Azərbaycan ərazisinin geoloji quruluşu barədə məlumatlar və s. nümayiş etdirilir. Biologiya şöbəsində isə müasir və geoloji keçmişdə yaşamış onurğasız və onurğalı heyvanların skeletləri, müqəvvaları, izləri, xüsusi məhlullarda saxlanılan cəsədləri, Azərbaycan florasını əks etdirən tablolar təqdim olunur.

Digər fotolar
arrow-up